Şəmistan Əlizamanlı "Quruluş Osman"a dəvət aldı: "Gözlədiyin Turan gəlir"

Şəmistan Əlizamanlı "Quruluş Osman"a dəvət aldı: "Gözlədiyin Turan gəlir" backend

Vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı Türkiyənin reytinqli "Quruluş Osman" serialına dəvət alıb

Bu barədə Şəmistan Əlizamanlı Qaziler.az-a özü məlumat verib.

Şəmistan Əlizamanlı reytinqli teleserialda "Gözlədiyin Turan gəlir" mahnısını ifa edəcək. Ş.Əlizamanlının çəkilişə nə vaxt qatılacağı hələlik bəlli deyil.

Qeyd edək ki, Azərbaycanın tanınmış hərbi diktoru bundan əvvəl dünyanın 185 ölkəsində 25 dildə yayımlanan "Diriliş Ərtoğrul" serialında "Ozan" obrazını canlandıraraq serialın bir neçə bölümündə mahnılar ifa etmişdi.

Qaziler.az
Diaspora