"Quruluş Osman"ın növbəti bölümü: Halal olsun Qarabağ igidlərinə!

"Quruluş Osman"ın növbəti bölümü: Halal olsun Qarabağ igidlərinə! backend

Türkiyənin reytinqli "Quruluş Osman" serialının yeni bölümündə Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın adı çəkilir

Qaziler.az bildirir ki, bu barədə məşhur türk ssenarist, prodüsser və rejissor Mehmet Bozdağ öz feysbuk hesabında serialdan fraqment paylaşıb.

Fraqmentdən də göründüyü kimi Qarabağdan gedən igid türk düşmənlərinə qarşı döyüşdə iştirak edir.

Filmin qəhrəman obrazlardan olan Bamsı savaş səhnəsində döyüşənlərdən birindən haradan gəldiyini soruşarkən həmin döyüşçü Qarabağdan gəldiyini bildirmiş, o da cavab olaraq: "Halal olsun Qarabağ igidlərinə" deyə vurğulayıb.

Qeyd edək ki, Qarabağdan gedən döyüşçü obrazını tanınmış azərbaycanlı idmançı Zabit Səmədov canlandırır.

Qaziler.az videonu təqdim edir:



Qaziler.az
Diaspora