“Laçından çıxanda 11 yaşım var idi...” - Əməkdar artist...

“Laçından çıxanda 11 yaşım var idi...” - Əməkdar artist... backend

Xəbər verdiyimiz kimi bu gün Laçın rayonu erməni işğalından azad edildi. Laçında doğulan və 11 yaşında rayonu tərk etmək məcburiyyətində qalan sənət adamlarından biri də Əməkdar artist Ehtiram Hüseynovdur.

E.Hüseynov Moderator.az-a açıqlamasında doğma yurdunun işğaldan azad olunmasına sevindiyini bildirib. Muğam ifaçısı doğma yurdunun işğaldan azad ediləcəyinə həmişə inandığını deyib.

“Təbrikiniz üçün çox sağ olun. Bu gün doğulduğum Laçın rayonumuz işğaldan azad olundu. Deyiləsi bir hiss deyil, belə hiss olmur, nə deyəcəyimi bilmirəm. Bundan gözəl gün ola bilməzdi. Laçından çıxanda 11 yaşım var idi və həmişə ümid edirdik ki, Laçına qayıdacağıq və o gün də gəlib çatdı. Atəşkəs olan gündən hər gün məni təbrik edirlər. İnşallah o yerlərə qayıdaq böyük planlarımız var, hamısını yerinə yetirəcəyik”.

Qeyd edək ki, E.Hüseynov 1980-ci ildə Laçının Hacısamlı kəndində anadan olub.
Diaspora