“Ermənilərdən bizim də başımız az çəkməyib” - Məşhur aktyor

“Ermənilərdən bizim də başımız az çəkməyib” - Məşhur aktyor backend

“Azərbaycanda yaşayan qardaş və bacılarımı sizin vasitənizlə təbrik edirəm. Zəfəriniz, qələbəniz mübarək! Bizim ölkə olaraq Azərbaycanla böyük bir bağlılığımız var. Sizin qədər sevindiyimizi desəm yalan olmaz. Siz başqasının yox, öz torpaqlarınızı istəyirdiniz. İstədiniz və aldınız. Buna ancaq sevinə bilərik”

Bu sözləri Moderator.Az-a məşhur türkiyəli aktyor Zafer Ergin bildirib. O həmçinin mənfur düşməndən ölkəsinin də başının az bəla çəkmədiyini bildirib.

“Vaxtilə ermənilərdən bizim başımız da az bəla çəkməyib. Bunu mən yox, tarix deyir. Tarix boyu onlar türkün düşməni olub. Biz bunları bilirik və gələcək nəsillərə də çatdırmalıyıq”-deyə məşhur aktyor bildirib.

Qeyd edək ki, Zafer Ergini azərbaycanlı tamaşaçılar “Arka Sokaklar” serialındakı Rıza baba obrazı ilə tanıyıb seviblər. Serial 15 ildir ki, davam edir və hələ də reytinqləri qoruyub saxlayır.
Diaspora