Ankarada Azərbaycan gecəsi təşkil olunub

Ankarada Azərbaycan gecəsi təşkil olunub backend

Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkil etdiyi 6-cı Beynəlxalq Ramazan şənlikləri çərçivəsində Azərbaycan gecəsi təşkil olunub. Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Gecəsi münasibətilə sözügedən bələdiyyənin təşkilatçılığı və səfirliyin dəstəyi ilə 6-cı Beynəlxalq Ramazan şənliklərinin keçirildiyi sahədə ölkəmizə xas olan tarixi, mədəni və incəsənət əsərlərinin nümayiş etdirildiyi Azərbaycan Evinin açılışı da olub.

Açılışda Keçiören rayon bələdiyyəsinin sədri Mustafa Ak, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev və AKP millət vəkili Orxan Atalay iştirak edibər.

Azərbaycan Evini ziyarətə gələn çoxsaylı qonaqlara "Heydər Əliyev" və "İlham Əliyev" kitabları ilə yanaşı "İrs-Miras" və "Diplo Atlas" jurnalları və ölkəmizlə bağlı digər materiallar hədiyyə edilib.

Tədbirin açılış nitqi ilə çıxış edən Keçiören rayon bələdiyyəsinin sədri M.Ak, Sumqayıt şəhər bələdiyyəsinin sədri Ə.Babayev, səfir F.Bağırov və millət vəkili O.Atalay öz ürək sözlərini çoxsaylı qonaqlarla bölüşüblər. Daha sonra natiqlər qarşılıqlı olaraq xatirə plaketləri təqdim ediblər.

Tədbir ölkəmizdən Azərbaycan Gecəsində iştirak etmək üçün gələn muğam qrupunun bir-birindən gözəl əsərlər səsləndirməsi ilə başa çatıb.
Diaspora