Türkiyəli məşhur aktyor Oqtay Kaynarca yenidən Azərbaycanla bağlı paylaşım edib.
Qaziler.az Mediapost.az-a istinadla xəbər verir ki, sənətçi ötən gün Bərdədə baş verən faciədən sonra İnstaqram “Story”də bunları yazıb:“Üçüncü dəfə həyata keçirilən humanitar atəşkəsi 5 dəqiqə sonra üçüncü dəfə pozan Ermənistanı kəskin qınayıram. Bombalar yağdırdığı ərazidəki məsum insanların acılarını ürəkdən paylaşıram”.
Qeyd edək ki, ötən gün ermənilərin raket atması nəcitəsində Bərdə rayonunun Qarayusifli kəndində 4 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.