Azərbaycanı bu qrup təmsil etdi

Azərbaycanı bu qrup təmsil etdi backend

“Rövşən” ritm qrupu Azərbaycanı Samara vilayətində keçirilən 12-ci Beynəlxalq Ritm Festivalında təmsil edib.

Qrupun rəhbəri Rövşən Cabbarovun Lent.az-a verdiyi məlumata görə, festivalda 20-dən artıq ölkənin peşəkar ritm ifaçıları iştirak edib: “Samara vilayətinin Tolyatti şəhərində baş tutan festivalın açılışı bizə həvalə olundu. Ümumiyyətlə, istənilən beynəlxalq tədbirdə ölkəni təmsil etmək çox məsuliyyətlidir. Rusiyanın böyük şəhərləri, Avstriya, Fransa, ABŞ, İngiltərə, Seneqaldan gələnlər iştirakçılar vardı. Bu festivalın təməlini qoyanlardan biri də Yusif adlı azərbaycanlıdır. Təəssüf ki, rəhmətə gedib. Məşq üçün 1 gün verdilər və elə məşq zamanı bizə yaxınlaşıb dedilər ki, “açılışı sizə həvalə etmək istəyirik”. Sözün düzü, əvvəlcə qəbul etmək istəmədim. Çünki ilk dəfə idi, iştirak edirdik, həm də festivalın açılışı məsuliyyətli və çətin işdir. İstədim əvvəlcə ab –havanı tutaq və sonra performansımızı göstərək. Amma razılaşmadılar, dedilər, “yox, ifa sizin olacaq”. Biz də razılaşdıq. Beləcə, açılışda yarım saat çıxış etdik”.

Qeyd edək ki, festival 2 gün davam edib.
Diaspora