Dövlət Tərcümə Mərkəzi orta əsrlərdə Azərbaycanın İrəvan xanlığı ərazisində yaşamış məşhur fransız səyyahı Jan Batist Şardənin Fransa Milli Kitabxanasında saxlanılan “Səyahətnamə” əsərində azərbaycanlılar, onların həyatı, adət-ənənələri haqqında yer almış fikirlərini əks etdirən “Məşhur fransız səyyahın İrəvan təəssüratları” adlı sənədli material hazırlayıb.
Qaziler.az bildirir ki, İngilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dillərinə tərcümə edilmiş materialın xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın aidiyyətli mətbuat orqanlarına göndərilməsi, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.