Filmin çəkilişinin birinci mərhələsi Lənkəranda reallaşıb
Qaziler.az qhtxeber.az-a istinadən bildirir ki, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi hissəsinin komandiri, Cəbhə komandanı, Azərbaycan Respublikası Müdafiə nazirinin I müavini olmuş general-mayor Zadir Rzayevin keçdiyi döyüş və ömür yolundan bəhs edən sənədli filmin çəkilişlərini yekunlaşdırıb və filmin montajı başa çatıb.Qeyd edək ki, 30 dəqiqəlik “Komandir” sənədli filminin çəklişlərinin birinci mərhələsi Lənkəran rayonunun Sürük kəndində Zadir Rzayevin ailə üzvləri, döyüş yoldaşları və yaxınlarının iştirakı ilə reallaşıb. Filmin digər epizodları isə Bakı şəhərində çəkilib.
Xatırladaq ki, Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu sənədli filmin ssenari müəllifləri İlham Tumas və Rey Kərimoğlu, rejissoru Roman Yaşar, redaktoru Rəşad Sahildir.