“Baku 2015” Avropa Oyunlarının yekunu ilə bağlı 4-14 yaş arasında olan uşaqların rəsm müsabiqəsi keçirilib. Lent.az-ın məlumatına görə, müsabiqədə birinci yeri Zenfirə Yusuvova, ikinci yeri Aytək Ələsgərova, üçüncü yeri isə Mənsumə Paşazadə qazanıb. Yarışmada fərqlənən digər iştirakçılar Fərid Yusifov, Tağı Paşazadə, Səlmi Yusifova, Tuan Mirzəzadəyə fəxri diplomlar verilib.
Xatırladaq ki, aparıcılığını Rüfət Əliyevin etdiyi gecədə uşaqlar arasında keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin iştirakçısı Suada Ələkbərova, gənc istedad Kənan Babazadə və Dj Syem iştirak edib.Qeyd edək ki, müsabiqənin təşkilatçısı Azərbaycanda uşaq studiyasının rəhbəri Mina Vaqifdir.