Tanınmış yazıçının "Vicdan" adlı yeni əsəri çapdan çıxıb

Tanınmış yazıçının "Vicdan" adlı yeni əsəri çapdan çıxıb backend

Tanınmış yazıçı və ictimai xadim Asif Bəkirlinin "Vicdan" əsəri çapdan çıxıb.

Bu onun “Düşündüklərim... Qənaətlərim... Praktikadan nəzəriyyəyə” kitabından sonra ərsəyə gətirdiyi növbəti maraqlı əsərdir.

Qazilər.az bildirir ki, Eurasia Diary saytı əsər və müəllif haqda məlumatları oxuculara təqdim edir.

"Kitab ümumilikdə iki əsas hissədən ibarət olmaqla, birinci hissəsi aprel 2016-cı ildən aprel 2020-ci ilədək olan dövr ərzində əsasən sosial şəbəkələrdə paylaşdığım baxış və düşüncələrimdən, ikincisi isə 2003-cü ildə işıq üzü görmüş “Haqq səsiyəm” kitabımda çap edilmiş bəzi şeirlərdən ibarətdir. Hər iki hissənin əvvəlində tanınmış, dəyərli ziyalı dostlarımın fikirləri öz əksini tapmışdır", deyə Asif Bəkirli bildirib.

Qeyd edək ki, Asif Bəkirli 1964-cü ildə Göyçay rayonunda neftçi ailəsində anadan olub. SOCAR-ın Baş ofisində İnsan Resursları Departametinin rəisidir. “Haqq səsiyəm” (şeirlər), “Beynəlxalq İdaretmə Standartları”, “Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi”, “Beynəlxalq idarəetmə sistemlərinin inteqrasiyası və auditi”, “İnsan Resuslarının idarə edilməsi: nəzəriyyədən praktikaya”, “Düşündüklərim... Qənaətlərim... Praktikadan Nəzəriyyə” adlı kitablarının müəllifidir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professorudur. Rusiya Federasiyası Yazıçılar İttifaqının Moskva şəhər təşkilatının A.S.Puşkin adına “Sözə və əmələ sədaqət” medalı ilə təltif olunub. Azərbaycan Mətbuat Şurasının və Azərbaycan KİVİHİ RH-nin diplom və mükafatları, "Qızıl Qələm" media mükafatı, eləcə də "XXI əsrin tanınmış ziyalısı" beynəlxalq diplomu və neft və qaz sənayesinin inkişafındakı xüsusi xidmətlərinə görə "Fəxri Fərman" ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 sentyabr tarixli və 19 sentyabr 2016-cı il tarixli Sərəncamları ilə Azərbaycan neftçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı və "Əməkdar mühəndis" fəxri adı ilə təltif edilmişdir.
Diaspora