“Əsəblər korlanıb, insanlar lazımsız hərəkətlər edirlər” - Mübariz Tağıyev

“Əsəblər korlanıb, insanlar lazımsız hərəkətlər edirlər” - Mübariz Tağıyev backend

Koronavirus səbəbilə yaranan təhlükəli vəziyyətə görə Operativ Qərargah tərəfindən toy və yas mərasimləri, o cümlədən digər kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. Amma noyabr ayından etibarən toyların keçiirlməsinə icazə verilməsini təklif edənlərin sayı sürətlə artır.

Ötən gün açıqlamasında Xalq artisti Faiq Ağayev son 20 gündə üç toydan imtina etdiyini, karantin olsa da toy edənlərin olduğunu bildirib.

Məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Xalq artisti Mübariz Tağıyev bəzi vətəndaşların hələ də virusa inanmadığını deyib:

“Gənclər var ki, evlənmək istəyirlər, artıq toyları çox təxirə düşüb. Bəzi valideynlər var yaşlıdırlar, övladlarının, nəvələrinin toylarını görmək istəyirlər. Ortada bir məsələ var ki, bu dərd bütün dünyanı bürüyüb, təkcə bizdə deyil. Bir toy eləməməklə ola bilər ki, ayrı bədbəxtlik baş versin. Onda nə düşünəcəksiniz? Bundan sonra necə yaşayacaqsınız? Çoxları virusun olduğuna inanmır, deyirlər ki, “əşşi, yalandan deyirlər”. Bu virus yalan deyil, bütün dünyanı bürüyüb, belə yalan olmur. Yaxınlarımızdan, ətrafımızdan da görmüşük, eşitmişik”.

Sənətçi karantin müddətində toy edən gəncləri də başa düşdüyünü desə də, hamını qaydalara riayət etməyə səsləyib:

“Mən bir tərəfdən də gəncləri düşünürəm, başa düşürəm, onlar da istəyirlər ki, ailə qursunlar, çünki bu proses artıq çox uzanır. Uzandıqca da aralarında soyuqluq yaranır, min bir oyun olur. Bəziləri deyir ki, əvvəldən belə olmağı yaxşıdır. Nəyi yaxşıdır axı? Əsəblər korlanıb, insanlar lazımsız hərəkətlər edirlər. Gərək bir-birimizi qoruyaq, başqa variantımız yoxdur. Hər halda qanun hamı üçün qanundur və riayət edilməlidir”.
Diaspora