“Azərbaycan mətbəxi” kitabı beynəlxalq mükafata layiq görülüb

“Azərbaycan mətbəxi” kitabı beynəlxalq mükafata layiq görülüb backend

“Azərbaycan mətbəxi” kitabı “Ən yaxşı Şərqi Avropa kitabı” və “Ən yaxşı yemək kitabı” kateqoriyasında “Dünya Qurman Yemək Kitabı 2014” mükafatına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Tahir Əmiraslanov və Leyla Rəhmanovanın köməyi ilə hazırlanmış kitab Böyük Britaniyanın “Saqi Books” nəşriyyat evində çap olunub.
Qeyd edək ki, əsası 1983-cü ildə Londonda qoyulan "Saqi Books" nəşriyyat evi Şimali Afrika və Yaxın Şərqdə akademik və müxtəlif maraqlara uyğun keyfiyyətli kitablar nəşr edir.
Diaspora