Prezident Azərinə “xalq artisti“ adı verdi

Prezident Azərinə “xalq artisti“ adı verdi backend

Prezident İlham ƏIiyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

QAZİLER.AZ saytı xəbər verir ki, Lent.az-a istinadən məlumatına görə, Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar verilib:

“Xalq artisti”

Tağıyeva Anaxanım Ehtibar qızı – baş leytenant

“Əməkdar mədəniyyət işçisi”

İmamquliyev Zöhrab Həmzə oğlu – polkovnik-leytenant

Bayramova Zəminə Məhəmməd qızı

“Əməkdar müəllim”

Həsənova Lalə Sadıq qızı

Məmmədov Bayram Heydər oğlu

“Əməkdar həkim”

Babayev Famil Əlikərəm oğlu – tibb xidməti polkovniki

Əliyev İbrahim Alxan oğlu – tibb xidməti polkovniki

İbrahimov Elxan Paşa oğlu – tibb xidməti polkovniki.

Qeyd edək ki, "Xalq artisti" fəxri adı verilən Anaxanım Tağıyeva Azərin adı ilə tanınan müğənnidir.
Diaspora