Zoluşkanın büllur ayaqqabısı artıq Bakıda!

Zoluşkanın büllur ayaqqabısı artıq Bakıda! backend

Əfsanəvi büllur ayaqqabı Park Cinema-nın tamaşaçılarına təqdim olundu.

Şarl Perronun “Zoluşka” adlı məşhur nağılının yeni ekranlaşdırmasının premyerasına promo kampaniya çərçivəsində Park Cinema Park Bulvarda tamaşaçılara təmiz büllurdan olan əfsanəvi ayaqqabı təqdim olunub.

Ayaqqabı 86 Swarovski qaşı ilə inkrustasiya olunmuş, qızıla tutulmuş metal toqqası ilə bəzədilib. Bu sənət əsəri rejissor Kennet Branın (“Tor”, “Hamlet”, “Heçnədən səs-küy”) filmindəki ayaqqabının mükəmməl surətidir. Martın ortalarına qədər Park Cinema Park Bulvara gələn tamaşaçılar nadir ayaqqabını seyr edə bilərlər.

“Zoluşka”-da əsas rolu Lili Ceyms ifa edir, həmçinin tamaşaçılara “Game of Thrones” serialından məlum olan Riçard Medden (şahzadə), qəzəbli ögey ana rolunda Keyt Blanşet, və Disney studiyası ilə üçüncü birgə işi olan, tamaşaçıların sevimlisi Helena Bonem Karter (xaç-pərisi) iştirak edirlər.

“Zoluşka” – Şarl Perronun və Qrimm qardaşlarının redaksiyası ilə məşhur olmuş ənənəvi Qərbi Avropa nağılıdır, lakin müxtəlif təfsir və variasiyasiyaları dünya xalqlarının folklorunda öz əksini tapıb. Bu əhvalat xaç-pərisinin köməyi ilə kral balına düşən, şahzadəyə vurulan, macəralar yaşayan və nəticədə ona ərə gedən kasıb yetim qız haqqındadır. Nağıl dəfələrlə ekranlaşdırılmışdı, onun əsasında tamaşalar və myuzikllar qoyulmuşdu.

Ən məşhur multiplikasiya variantlarından biri Disney kompaniyasına məxsusdur, ekranlarda 1950-ci ildə təqdim olunmuşdu.

Disneyin müasir rəngbərəng ekranlaşdırmasını tamaşaçılar Beynəlxalq Qadınlar Günü bayramı astanasında - 6 mart tarixindən etibarən seyr edə bilər. Park Cinema tamaşaçılara filmi nəyinki dörd kinoteatrın standart 3D formatında, hətta Flame Towers Azercell | IMAX-da izləməyə təklif edir.

Bu yaxınlarda Disney studiyası “Zoluşka” filmi IMAX 3D formatında təqdim olacağını elan edib, və bununla belə tamaşaçı özünü nağılın iştirakçısı kimi hiss edəcək. Əzəmətli nağıl Sizi möhtəşəm IMAX ekranında gözləyir!
Diaspora