Prezident İlham Əliyev xalq artisti Amaliya Pənahovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, A.Pənahova Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
