“Den Pobedı” mahnısı Azərbaycan dilində ifa edildi

“Den Pobedı” mahnısı Azərbaycan dilində ifa edildi backend

Böyük Vətən müharibəsində qələbənin simvollarından birinə çevrilmiş “Den Pobedı” mahnısı Azərbaycan dilinə tərcümə olunub.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu il Böyük Vətən müharibəsinin 75-ci ildönümü münasibətilə keçirilən “Qələbə Günü müxtəlif dillərdə” aksiyası çərçivəsində 9 May bayramının ənənəvi simvolu sayılan “Den Pobedı” mahnısı bir çox xalqların dilində səsləndiriləcək. Qeyd edək ki, artıq 100-dən çox ədəbi tərcümə hazırlanıb.

Azərbaycan dilinin tərcüməsi isə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şairə, tərçüməçi Afaq Şıxlıya məxsusdur.

A.Şıxlı “Report”un Rusiya bölməsinə açıqlamasında bildirib ki, mahnı Azərbaycanın Xalq artisti Tünzalə Ağayevanın, eləcə də, Moskvada yaşayan azərbaycanlı gənclərin ifasında səsləndirilib.

Qeyd edək ki, “Den Pobedı” mahnısının musiqisi rus bəstəkarı David Tuxmanova məxsusdur.
Diaspora