“Bu, elə bir virusdur ki, dərmanı tapılmalıdır. Tapılmayana qədər evdə qalmağa məcburuq”.
Yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış aktyor Rasim Balayev karantin günlərində vaxtını necə keçirdiyindən danışıb.Aktyor, darıxdığını, amma başqa çıxış yolu olmadığını bildirib:
“Darıxsam nə olacaq ki? Elə bil tutub, iş veriblər iki ay, onda türmədə ölürlər? Başqa əlac var bəyəm? Biz də oturub azadlığı gözləyirik. Sağlam qalmaq üçün evdə qalmalıyıq. Başımı telefonla, həyətdə gəzməklə qatıram. Televizorda da yerli kanallarda ancaq xəbərləri izləyirəm, başqa verilişlərə baxmıram. Nə verirlər ki, nəyə də baxım. Dünya səviyyəli sənətkarları izləyirəm, onlara baxıram”.