Koronavirus dövrünün sevgisi – Qulu Ağsəsin şeiri

Koronavirus dövrünün sevgisi – Qulu Ağsəsin şeiri backend

Qulu Ağsəsin "Koronavirus dövrünün sevgisi" adlı şeirini təqdim edirik:

– Əgər doğrudan sevirsənsə,
şərtim budur:
çəkilək bir hücrəyə,
amma məndən uzaq dur...
Sabun köpüyü partlatsın
qoxusu sarımsağın,
Kefli əllərin doqquz yazsın
on barmağı ...
Çölə çıxma!
Telefona baxma!
Darıxma!
...Başqa şərtlərin də olsaydı, kaş:
Maskasız olmazsa,
maska da olmasın,
Yas olmazsa,
ölüm də olmasın,
Toy olmazsa,
sevgi də …olsun! –
sözləri çıxsaydı dodağından…
Asacam özümü!-
şərt cümləsinin budağından…(Artkaspi.az)
Diaspora