Xalq artisti Canəli Əkbərova agır itki üz verib.
Sənətçinin qardaşı Əkbərov Fərail Xanəli oğlu facəli şəkildə həlak olub.Yenicag.az-a açıqlama verən Canəli Əkbərovun qızı Sevinc xanım hazırda əmisinin nəşinin Azərbaycana gətirilməsi üçün çalışdıqlarını deyib:
“Əmim 59 yaşlı Fərail 30 il idi ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayırdı. Faciə baş verdi, öz maşınında qəzaya uğradı. Arxadan gələn bir rus vətəndaşı içkili vəziyyətdə onun maşınına çırpılıb. Əmim həyatını itirib. Orda səfirliyə də müraciət etmişik, karantinə görə gətirə bilmirik meyiti”.