Xalq şairi Vahid Əziz koronavirus epidemiyası haqda şeir yazıb.
V.Əziz Moderator.az-ın redaksiyası ilə əlaqə saxlayaraq şeiri bizim vasitəmizlə dəyərli oxuculara çatdırıb.EVDƏYƏM
Dünyamıza bəla gəldi, ay aman,
yazıramsa, düşünməyin-kefdəyəm!
mən ədəbli, sözə baxan adamam,
buyurublar:"Evdə qalın!"-evdəyəm.
Sovuşmalı-səbr eləsək bircə ay,
qənimidir zəncəfillə--limon,çay!
başımıza gələ bilər hər olay;
arvad-uşaq, qadan alım, evdəyəm.
"Karnavirus" yaşlıları seçirsə,
kərəntisi ucdantutma biçirsə,
qardaş, yaşın "65"-dən keçirsə,
sən özünə olma zalım!-evdəyəm.
Ölkələr var yarı ölü, yarı sağ,
salıb onu görən hansı qurumsaq?
evimizdə Şahlıq edir sarımsaq,
bəlkə bu cür zəfər çalım,evdəyəm.
Bir arzum var--həyat güllü bağ olsun,
yenə hamı şadlandığı çağ olsun,
tədbir görüb--Hökümət də sağ olsun,
yorulsam da, xoşdur halım, evdəyəm.
Taclı gəlib-qəribəymiş bu bəla,
məhəl qoymaz saza, zurna--qavala,
abrın olsun, əl çək bizdən, a bala,
gedək səni yola salım, evdəyəm.
Nə olar ki, canı müftə alanda?
qurtarmazsan ilan gəlib çalanda!
bütün millət təhlükədə qalanda,
olmaq olmaz gönü qalın!-evdəyəm...