Prezident Əbülfəs Qarayevə yeni vəzifə verdi - SƏRƏNCAM

Prezident Əbülfəs Qarayevə yeni vəzifə verdi - SƏRƏNCAM backend

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 aprel tarixli 1174 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri dəyişib.

Mədəniyyət naziri Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri təyin edilib. Bundan əvvəl Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Vergilər naziri olub.

Komissiyanın üzvləri aşağıdakı tərkibdə təsdiqlənib:

Xarici İşlər nazirinin müavini

İqtisadiyyat nazirinin müavini

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Energetika nazirinin müavini

Səhiyyə nazirinin müavini

Dövlət Turizm Agentliyinin sədri

Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfir.
Diaspora