Ermənilər Aşıq Alını da “mənimsədi” – Foto

Ermənilər Aşıq Alını da “mənimsədi” – Foto backend

Vikipediyada Aşıq Alının doğum və ölüm məkanları təhrif edilib.

Kult.az xəbər verir ki, Vikipediyanın rus dilində olan versiyasında Aşıq Alının doğulduğu yer kimi Makenis (Armeniya), vəfat yeri olaraq isə Qeqarkunik (Armeniya) göstərilir.

Nə qədər qəribə də olsa, eyni hal Vikipediyanın türkcə versiyasında da müşahidə olunur.

Tanınmış jurnalist Aida Eyvazlı Aşıq Alıya qarşı olan bu saxtakarlığın aradan qaldırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə çağırış edib.

Qeyd edək ki, yanlışlıq Vikipediyanın axtarış bölümündədir.

Aşıq Ələsgərin ustadı olan Aşıq Alının 1801-ci ildə Göyçə mahalının Qızılvəng kəndində anadan olduğu və 1911-ci ildə həmin kənddə də dünyasını dəyişdiyi Vikipediyanın Azərbaycan dili bölümündə əks olunub.

Diaspora