“Nəsimi” bədii filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunacaq.
Mədəniyyət Nazirliyindən Kult.az-a verilən məlumata görə, 1973-cu ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı “Nəsimi” kinosu bərpa edilib.Ekran əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Balans” milli rəqəmsal studiyasında yenilənib.
Təqdimat dekabrın 20-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.