Ədəbiyyat İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq

Ədəbiyyat İnstitutunda Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq backend

Dekabrın 2-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron akt zalında görkəmli mütəfəkkir, publisist və ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilən elmi sessiya keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən reallaşacaq.

Elmi sessiyada “Əhməd bəy Ağaoğlu fenomeni”, “Əhməd bəy Ağaoğlunun epistolyar irsi” və “Əhməd bəy Ağaoğlunun bədii-publisistik irsinin nəşri və tədqiqi problemləri” mövzularında məruzələr dinləniləcək.
Diaspora