İyunun 6-da YARAT Müasir İncəsənət Mərkəzi "Muzeydə Gecə” adlı tədbir təşkil etməklə Bakı sakinlərinin və şəhərimizin qonaqlarının diqqətini cəlb edəcək. QAZILER.AZ saytı xəbər verir ki, YARAT-dan Trend-ə verilən məlumata görə, “Muzeydə Gecə” 40 ilə yaxındır ki, intellektual istirahətin populyarlaşması məqsədilə dünyanın 143-dən çox ölkəsində hər il keçirilən qeyri-adi bir aksiyadır.
Azərbaycanda bu aksiya artıq ikinci dəfədir keçirilir. Muzeylər üçün ənənəvi xarakter daşıyan kolleksiya və ekspozisiyalarla tanışlıqla yanaşı, qonaqlar həm də müasir muzeyin aktiv təhsil və istirahət üçün hüdudsuz imkanlarından yararlana biləcəklər.“Muzeydə Gecə” tədbiri səhər saat 11:00-da başlayıb, gecə saatlarınadək davam edəcək.
Mərkəzə gələn hər ziyarətçi özü üçün marağına uyğun məşğuliyyət tapacaq. Bir sözlə, həmin gün YARAT Müasir İncəsənət Mərkəzi sizin üçün ayrı bir aləmə çevriləcək.
“Muzeydə Gecə”nin proqramı:
11:00- 12:30 – Açıq səma altında yoqa dərsləri – təcrübəli təlimatçı Həmid Elsevər Həmidzadə ilə
12:30 – 14:00 – Açıq səma altında yoqa dərsləri - “Yoga Shahi” Studiyasının təlimçisi İrina Berezina ilə
12:00 - 13:30 – Zumba rəqs dərsi “Harmony” rəqs studiyasının təsisçisi və Latın Amerika rəqsləri üzrə ikiqat Azərbaycan çempionu Fərid Mexdiyev tərəfindən keçiriləcək.
12:00-14:00 – Kulinariya üzrə– tanınmış aşpaz və “Qurmaniya” mətbəx layihəsinin həmtəsisçisi, Fərhad Aşurbəyli ilə ustad dərsi (öncədən qeydiyyat)
15:00 – 16:00 – Bakının tarixini sevənlər üçün isə tanınmış tədqiqatçı, şəhər sirlərinin ən maraqlı nəqledicisi Fuad Axundov ilə görüş;
16:00 – 19:00 – Müasir incəsənətlə bağlı ekspert məsləhətləri: sənətşunaslıq üzrə elmlər namizədi və YARAT Müasir İncəsənət Məkanının icraçı direktoru Fərid Abdullayev, rəssam Çingiz Babayev, və sənətşunas Cahangir Səlimxanov.
17:00- 18:30 – Art terapiya seansı – beynəlxalq təcrübəyə malik olan psixoloq Elizabet Brandolini tərəfindən keçiriləcək (öncədən qeydiyyat)
18:00- 21:00 – “BakuVelo” həvəskar velosipedçilər klubu və “Shark Head” klubunun tərəfindən velotur yürüşü və şousu təşkil olunacaq.
19:30-21:00 – “Hədiyyə mağazasından çıxış” (“Exit through the gift shop”) filmin nümayişi
22:00 - 23:00 - "ABanndonAir" gənc rok qrupunun performansı
22:00-02:00 –DJ Panço və kokteyl gecəsi
“Muzeydə Gecə”-nin partnyorları “Red Bull” energetik içkisi və "Jalə” meyvə şirələridir.
Tədbirə və ona daxil olan bütün təlimlərə giriş sərbəstdir, yalnız Kulinariya və Art-terapia ustad dərslərində iştirak etmək üçün qabaqcadan müraciət edib yazılmağınız xahiş olunur.
Bunun üçün, (012) 505 14 14 nömrəyə zəng vurmaq, yaxud Facebook-da https://www.facebook.com/events/1596805340587431/ səhifəsinə və ya [email protected] ünvanına bildiriş göndərmək kifayətdir.
Tədbir YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək.
Ünvan: Səbail rayonu, Bayıl qəsəbəsi (Dövlət Bayrağı meydanının yaxınlığı), Bakı, Azərbaycan.
Qaçırmayın! Muzey həyatına qatılın, öyrənin və əylənin!
Əlavə məlumat üçün - Cəmilə Orucova / PR Meneger [email protected]