Qaziler.az saytı APA-ya istinadən xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində xalq artisti Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə “Unudulmaz nəğmələrin gecəsi” adlı tədbir keçirilib.
Yubiley mərasimində mədəniyyət və incəsənət xadimləri, muğam ifaçıları iştirak edib.Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi bildirib ki, Azərbaycan muğamının tədrisi və təbliğində Ə.Məmmədovun böyük xidmətləri olub: “Əlibaba müəllimin “Bayatı-Şiraz”, “Çahargah”, “Dəşti”, “Rahab”, “Şur” kimi muğamlar və onlarca başqa xalq mahnıları radionun “Qızıl Fond”unda saxlanılır”.
Gecədə gənc xanəndələrin ifasında Əlibaba Məmmədovun müəllifi olduğu mahnılar səsləndirilib.