Tanınmış döyüşçü-rəssamın iki əsəri “Nəsimi dünyası rənglərin işığında” adlı kitabda yer alıb

Tanınmış döyüşçü-rəssamın iki əsəri “Nəsimi dünyası rənglərin işığında” adlı kitabda yer alıb backend

Xəbər verildiyi kimi, bir müddət əvvəl “Kaspi nəşrləri” seriyasından növbəti kitab işıq üzü görüb. Əməkdar İncəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin “Nəsimi dünyası rənglərin işığında” adlı kitabında Azərbaycan və xarici ölkə sənətkarlarının dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş təsviri və dekorativ-tətbiqi sənət əsərlərindən söz açılır.

QAZİLER.AZ saytı xəbər verir ki, kitabda tanınmış Qarabağ və Əfqanıstan döyüşçüsü, rəssam Tərlan Eyvazovun də iki əsəri yer alıb. “Məndə sıģar iki cahan” və “Nəsimi eşqi” əsəri rəssamın Nəsimi yaradıcılığına, şəxsiyyətinə öz baxışının nümunəsidir.

Bu barədə T.Eyvazov öz facebook səhifəsində məlumat yayıb.

Kitab "Kaspi” qəzetinin layihəsi əsasında “Kaspi” Təhsil Şirkətinin maliyyə dəstəyi ilə işıq üzü görmüşdür. Nəşrin redaktoru Fərid Hüseyndir.

QAZİLER.AZ







Diaspora