Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi backend

Türkiyəli məşhur aktyor Tarık Ünlüoğlu 61 yaşında dünyasını dəyişib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur sənətçi bir müddətdir xəstəxanada müalicə olunurdu.

Tarık Ünlüoğlu 1957-ci il, noyabrın 16-da İzmirdə dünyaya gəlib.

Xatırladaqki, Tarik Ünlüoğlunu Azərbaycanda polulyarlaşdıran və sevdirən "Kurtlar Vadisi" serialında canlandırdığı "Testere Necmi" obrazı olmuşdu. Onun Türkiyədə son çəkildiyi serial isə "Eşkiya dünyaya hökümdar olmaz" serialı idi. Sənətçi bu dizidə "Ünal Kaplan" obrazını yaradırdı.

Aktyor keçən ay ağciyərində meydana gələn problemə görə xəstəxanada müalicəyə başlamışdı. Məşhur sənətçi serialdakı rolunda da canlandırdığı xarakteri bir müddət xəstə olaraq oynamışdı.
Diaspora