Cəfər Behbudov Bakıda dəfn olunmasını istəməyib

Cəfər Behbudov Bakıda dəfn olunmasını istəməyib backend

Ötən gün dünyasını dəyişən azərbaycanlı müğənni Cəfər Behbudov dəfn olunub.

Bu barədə Azvision.az -a Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev məlumat verib. Onun sözlərinə görə, dəfn mərasimində mərhumun bacısı Firuzə Behbudova və yaxınları iştirak ediblər.
68 yaşında vəfat edən Behbudovun cənazəsi Ukraynanın paytaxtı Kiyevdə yerləşən məzarlıqlardan birində torpağa tapşırılıb.

K.Şahverdiyevin sözlərinə görə, müğənni C.Behbudovun 3 övladı yadigar qalıb. Onlar hazırda xaricdə yaşayırlar: "Atalarının vəfat etməsi barədə övladlarına məlumat verilib".

C.Behbudovun niyə Bakıda dəfn olunmamasına gəlincə, K.Şahverdiyev bildirib: "Cəfər özü istəmirdi ki, onu Bakıda dəfn etsinlər. Yəqin, insanlara artıq əziyyət verməmək üçün belə düşünüb".

Qeyd edək ki, ötən əsrin 80-ci illərində Azərbaycanda məşhur olan C.Behbudov karifey sənətkar Rəşid Behbudovun bacısı oğludur. O, 1991-ci ildə Azərbaycanı tərk edərək Ukraynaya köçüb və 28 il Kiyevdə yaşayıb.
Diaspora