Türkiyənin ATV kanalında yayımlanacaq "Diriliş Osman" filminin çəkilişləri davam edir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rol oyunçusu Burak Özçivitin tərəf-müqabili üçün seçimlər başa çatıb.Ekran işində "Malhun Hatun" obrazını Özge Törenin canlandıracağı bəlli olub. Bu rol üçün əvvəllər adıçəkilən aktrisa düşünülsə də, onun kriteriyalara uymaması əsas gətirilmişdi. Lakin serialın başlanmasına bir ay qalmış Törenin Özçivitin tərəf-müqabili olacağı dəqiqləşib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Diriliş Ərtoğrul" filminin davamı olan "Diriliş Osman" serialının oktyabr ayının ilk həftələrində yayınlanacağı gözlənilir. Hazırda bu serial setində 1500 nəfər yeni sezon üçün çalışmaqdadır.