Bakıda Şopenin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

Bakıda Şopenin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək backend

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dahi Polşa bəstəkarı, pianoçu Frederik Şopenin (1810-1849) yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Klassik Musiqisevənlər Klubunun auditoriyası üçün hazırlanmış gecədə bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə yanaşı, slayd-şou da nümayiş etdiriləcək.

Şopen yaradıcılığını və musiqisini sevənlər ekranda onun uşaqlıq, gənclik, yaradıcılıq fəaliyyətini, XIX əsrin I yarısında Fransanın tanınmış yaradıcı xadimləri ilə əlaqələrindən maraqlı faktlarla tanış olacaqlar.

Tədbir 3 iyun 2015-ci il tarixində, saat 18:00-da muzeyin filialı olan Niyazinin mənzil-muzeyində (Bülbül prospekti, 21, mənzil 24) keçiriləcək.
Diaspora