Azərbaycanın görkəmli sənətkarı Nəsibə Zeynalovanın oğlu, xalq artisti Cahangir Novruzov tanınmış türkiyəli aktrisa Türkan Şorayla görüşüb.
Kult.az xəbər verir ki, xalq artisti görüşdə çəkilmiş fotoları şəxsi İnstaqram səhifəsində paylaşıb.C.Novruzov paylaşıma “Qürub etməyən bir gözəlliyə sahib Türkan Şoray” qeydini yazıb.
Qeyd edək ki, C.Novruzov uzun illədir Türkiyədə yaşayır. O, hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.
Bir qədər əvvəl o, yerli mətbuata verdiyi açıqlamada yaxın vaxtlarda Vətənə qayıdacağını və yeni teletamaşa ilə Azərbaycan tamaşaçısını sevindirəcəyini bildirib.