"Arka Sokaklar" yeni mövsümdə - Tamaşaçılar etiraz edir

"Arka Sokaklar" yeni mövsümdə - Tamaşaçılar etiraz edir backend

Türkiyənin fenomen serialı "Arka Sokaklar" yeni mövsümdə ekranlara qayıdır.

10 ildən artıq müddətdir "Kanal D”də yayımlanan və hələ də reytinqlərdə birinci olan serial sentyabrın 13-dən yenidən yayıma başlayacaq.

Qeyd edək ki, yeni mövsümdə tamaşaçıların "Mesut” obrazı ilə sevdikləri Şevket Çoruh serialda rol almayacaq. Bu obrazın serialdan çıxmağı tamaşaçıların çoxunu üzüb. Onun yoxluğu ilə barışa bilməyən serial həvəskarları sosial şəbəkələrdə kütləvi şəkildə etirazlara başlayıblar.

"Arka Sokaklar" yeni simalar qatılacaq. Bu mövsümdə serialda Yiğitcan Ergin, Ela Yörüklü və Gamze Topuz kimi məşhur simaları görmək mümkün olacaq.

Qeyd edək ki, Türker İnanoğlunun rejissoru olduğu "Arka Sokaklar"da Zafer Ergin (Rıza Baba), Özgür Ozan (Hüsnü), İlker İnanoğlu (Engin), Oya Okar (Selin), Alp Korkmaz (Ali), Ozan Çobanoğlu (Hakan), Özlem Çınar (Aylin), Nazlı Tosunoğlu (Nazike), İpek Yaylacıoğlu Usta (Pınar), Hülya Kalebayır Çelik (Ayla), Merve Oflaz (Bahar) obrazlarını davam etdirəcəklər. (BAKU.WS)

Diaspora