Bakılı Xalq artisti 79 yaşında ata oldu

Bakılı Xalq artisti 79 yaşında ata oldu backend

Məşhur aktyor, Rusiyanın Xalq artisti Emmanuil Vitorqan 79 yaşında ata olub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, aktyor bu barədə öz İnstagram səhifəsində paylaşım edib.

“Sayımız artdı, daha bir qızımız- Klaroçka dünyaya gəldi!” –deyə Vitorqan yazıb.

O paylaşdığı şəkildə yeni doğulmuş qızı ilə yanaşı, həyat yoldaşı İrina və böyük qızı Etellə yanaşı durub. Etel Vitorqan 2018-ci ildə anası İrinanın 57 yaşı olanda doğulub.

Vitorqan iddia edir ki, bu dəfə də həyat oldaşı uşağı təbii yolla dünyaya gətirib.

Emmanuil Vitorqanın ilk nikahdan qızı və oğlu da var, həmçinin nəvələri var. Emmanuil Vitorqan 1939-cu il dekabrın 27-də Bakıda yəhudi ailəsində anadan olub.
Diaspora