“Hamımızın bir arzusu var və o da torpaqlarımızın işğaldan azad edilməsidir”
Bunu Moderator.az-a açıqlamasında bu gün 47 yaşını tamamlayan Əməkdar artist Firuz Səxavət deyib. F.Səxavət doğum gününü adi günlərdən biri kimi qeyd etdiyini bildirib:“Doğum günümü adətən dostlarla birlikdə keçirirəm. Ola bilsin ki, bu gün heç qeyd etmədim. Qaldı ki, qardaş, bizim bir arzumuz var və o da kəndimizə qayıtmaqdır. Hamımız istəyirik ki, torpaqlarımız işğaldan azad edilsin. Allah bizə o günü tezliklə qismət eləsin. İstəyirəm ki, kəndimiz azad ediləndən sonra gedib qardaşım Səxavətin məzarın ziyarət edim və məzarı təmir etdirim”.
Əməkdar artist muğam sənəti üçün istedadlı tələbələr hazırladığını deyib:
“Bu gün 47 yaşım tamam olur. 1996-cı ildən Milli Konseravtoriyada işləyirəm və 2000-ci ildən isə pedaqoqluqla məşğulam. Bu gün muğam dərsi alan istedadlı tələbələrim var. Düşünürəm ki, muğam sənəti üçün kifayət qədər xidmət etmişəm və bundan sonra da əlimdən gələni əsirgəməyəcəm”.