Bu gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmud (Mahmud Ağakişiyev) doğulduğu Ağstafa rayonunun Muğanlı kəndində dəfn olunacaq.
"Report"un məlumatına görə, hazırda yazıçının cənazəsi həmin kəndə aparılır.Mərhum bu gün kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, İkinci Mahmud iyulun 6-da Bakıda yaşadığı evdə ürəktutmasından vəfat edib.