Moskva Uşaq Teatrının kollektivi Bakıya qastrola gələcək. Qaziler.az saytının Lent.az-a istinadən məlumatına görə, onlar Novruz bayramı ərəfəsində Rus Dram Teatrında 2 musiqili - “Çipollinonun macəraları” və “Çəkməli pişik” tamaşalarını təqdim edəcəklər.
Tamaşalar martın 20-si, 21-i və 22-si saat 12:00 və 15:00-da olacaq. Biletlər artıq teatrın və şəhərin mərkəzi kassalarında satışa buraxılıb. Qiymətlər 12 - 20 manat arasındadır.