“Atama Xalq şairi fəxri adının verilməsi ilə bağlı sərəncamı oxuduq, çox sevindik”.
Bunu “Report”a açıqlamasında Xalq şairi Musa Yaqubun oğlu Şəhriyar Yaqubov deyib.O bildirib ki, atasının səhhəti yaxşı olmadığı üçün zənglərə onun adından cavab verir: “Təbriklər üçün hamıya təşəkkür edirik. Atamın səsi çıxmır. Danışdığını başa düşmək olmadığı üçün zənglərə cavab verməyi mənə tapşırıb. Xəbəri bizə Rəşad Məcid verdi. Sərəncamı oxuduq, çox sevindik”.