Türkiyədə Leyla Əliyevanın Heydər Əliyevə həsr etdiyi şeirə bəstələnmiş mahnının klipi çəkilib

Türkiyədə Leyla Əliyevanın Heydər Əliyevə həsr etdiyi şeirə bəstələnmiş mahnının klipi çəkilib backend

Türkiyədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yazdığı şeirə bəstələnmiş mahnıya klip çəkilib.

Qeyd edək ki, “Если б звезды ступеньками стали” adlı şeir mərhum prezident Heydər Əliyevə həsr olunub.

Şeirin sözlərinə yazılmış mahnı tanınmış vokalçı, İngiltərədəki Beynəlxalq Musiqiçilərin Azadlıq Federasiyasının azərbaycanlı musiqi səfiri Gülşən Akın İbadova tərəfindən ifa olunub.

Mahnının musiqisi bəstəkar və müğənni Rizvan Sədirxanova, ekran işi və ideya müəllifliyi Mahmut Akına aiddir.

İfaçı Gülşən Akın İbadovanın sözlərinə görə, mahnı “crossover” janrında yazılıb: “Bu mahnını iki dildə ifa etmişəm. İlk olaraq italiyalı şairə Silvana Parini tərəfindən tərcümə edilən variantdır. İkincisi isə orijinal, rus dilində olan variantdır. Son variant müxtəlif vaxtlarda Serbiya və İngiltərə radiolarında səslənib.

Qeyd edim ki, bu mahnıya uzun müddət idi ki, klip çəkdirməyi düşünürdüm. Nəhayət ki, klipin çəkilişləri Türkiyədə baş tutdu. Klip nostalji-retro üslubunda çəkilib”.

Musavat.com

Diaspora