Corc Kluni 1997-ci il üçün üzr istədi

Corc Kluni 1997-ci il üçün üzr istədi backend

Amerikalı məşhur aktyor Corc Kluni 1997-ci ildə rol aldığı və çox az adam tərəfindən bəyənilən “Bətmən” filmində oynadığı üçün pərəstişkarlarından üzr istəyib.

Axar.az xəbər verir ki, aktyor o filmdə oynamasını böyük səhv adlandırıb.

O vaxtlar film sektorunda parlamağına səbəb olan “E.R” serialında rol alan və Bətmən xarakterini canlandırmağın yaxşı fikir olacağını düşünən Kluni belə açıqlama verib: “Bətmən kimi bütün dünyada heyran kütləsinə sahib super qəhrəmanı canlandırmaq 18 il öncə karyeram üçün böyük addım kimi görünürdü. Halbuki bu filmdə rol almaq böyük səhv idi. Bütün Bətmən pərəstişkarlarından üzr istəyirəm”.

Qeyd edək ki, Coel Şumaxer tərəfindən 1997-ci ildə çəkilən “Bətmən və Robin” filmi 1995-ci il tarixli “Əbədi Bətmən”in davamı olub. Əvvəlki filmdə Bətməni canlandıran Vol Kilmerin yerinə bu filmdə Corc Kluni rol alıb.
Diaspora