Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə KİV nümayəndələri arasında Komissiyanın fəaliyyətinə həsr olunmuş müsabiqə keçirir.
TQDK-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqə 2 nominasiya (ən yaxşı məqalə və ən yaxşı televiziya reportajı) üzrə aparılır.Qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcək. Hər iki nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçilərinə aşağıda göstərilən məbləğdə mükafat təqdim olunacaq:
I yer - 1000 manat
II yer - 800 manat
III yer - 600 manat
Müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri iyulun 10-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini, televiziya və ya radioda yayımlanmış materialın video diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir.