“Ulduz” filminin “Nazik”i vəfat etdi

“Ulduz” filminin “Nazik”i vəfat etdi backend

Aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə News24.az-a aktrisanın oğlu Zeynal Ağazadə məlumat verib. Bildirib ki, aktrisa son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi. Mərhum aktrisa Bakıda dəfn edilib. Bu gün aktrisanın Təzə Pir məscidində üç mərasimi keçirilir.

Qeyd edək ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynayıb.

1972-ci ilə qədər filmlərə çəkilib. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyədək sevilir.

Diaspora