Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşrləri seriyasından “Serbcə-azərbaycanca lüğət” kitabı işıq üzü görüb.
QAZİLƏR saytı xəbər verir ki, Mərkəzdən APA-ya verilən məlumata görə, 7000 sözdən ibarət kitabda lüğətdən istifadə qaydaları, əlifba haqqında bilgilər, eyni mənalı ortaq işlək sözlərin qısa siyahısı və hər iki ölkənin əlamətdar günləri barədə məlumatlar yer alıb.Kitab serb və Azərbaycan dillərini öyrənmək istəyənlər üçün nəzərdə tutulub. Lüğətin tərtibçisi Aynur M. Qarayevadır.
Nəşrin redaktorları yazıçı-tənqidçi Yasmina Mixaylovski və akademik Kamal Abdulladır.