Prezident daha bir aktyora ev bağışladı

Prezident daha bir aktyora ev bağışladı backend

Prezident İlham Əliyev Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Sabir Məmmədova mənzil hədiyyə edib.

Bu barədə Unikal.org-a aktyorun özü məlumat verib:

“Cənab prezidentə təşəkkür edirəm. Bu, sənətimə verilən böyük qiymətdir”.

Qeyd edək ki, Sabir Məmmədov 24 yanvar 1961-ci ildə Qazax rayonunun Poylu kəndində anadan olub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Aktyor 1983-cü ildə təyinatla Sumqayıt Dövlət Dram teatrına göndərilib. 1989-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyətini davam etdirir.

Diaspora