Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb.
Bu barədə "ölkə.az"a aktyorun özü məlumat verib:"Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bidirdim. Bildirdi ki, bu il kino sahəsinə 5 milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst -üstə düşür".
Qeyd edək ki, R,Balayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün narazılığını bildirmişdi.
Telefon danışığında nələrin müzakirə olunduğunu REAL TV-yə xalq artisti, aktyor Rasim Balayev danışdı.