“Ramiz Əzizbəylinin səhhəti qənaətbəxşdir. Şuxdur, deyir-gülür, hətta şeir belə yazır”.
Bu sözləri “Qafqazinfo”ya xalq artisti Ramiz Əzizbəylinin həkimi Ceyhun Babayev deyib.O, məşhur aktyorun ev şəraitində müalicəsinin davam etdiyini vurğulayıb:
“Ayağı amputasiya olunmayacaq. Gələcəyi biz həkimlər deyil, Allah bilir. Yetərincə yanaşı gedən xəstəlikləri var. Sosial şəbəkələrdə çox xəbərlər yayırlar, amma informasiyalar həqiqətlə uzlaşmır. Ramiz müəllim yaxşıdır, nəzarət altındadır”.