Ermənilər daha bir Azərbaycan rəqsini oğurladı - HƏYASIZLIQ

Ermənilər daha bir Azərbaycan rəqsini oğurladı - HƏYASIZLIQ backend

Rusiyanın Rostov Don şəhərində 1500-dən çox erməni əl-ələ verərək 30 dəqiqə durmadan “Köçəri” yallısı oynayıblar.

ANS PRESS-in məlumatına görə, gənclərin, uşaqların və yaşlı adamların dəstəsinə Ermənistanın baş konsulu Ararat Qomsyan və Naxiçevan-Don erməni icmasının başçısı Arutyun Surmalyan qoşulub.

Ermənilər “Köçəri” yallısını erməni rəqsi kimi YUNESKO-nun qeyri-maddi irs siyahısına salmaq üçün bu aksiyanı keçiriblər. Bununla da tarixən Qərbi Azərbayjanda - İrəvan çuxurunda, Ağbabada və Göyçə mahalında yaşayan türklər tərəfindən ifa edilən bu rəqsi ələ keçirmək istəyirlər.

Bu rəqs Ermənistan SSR-də yaşayan yerli türk əhalinin - azərbaycanlıların toylarının əsas musiqisi idi. Qərbi Azərbaycan toylarında əsasən 3-4 musiqi daha populyar idi - “Köçəri” yallısı, “Atlandırma”, “Tərəkəmə” və “Giziroğlu” əsas rəqs havaları idi.

Görünür, 1828-ci ildə İrəvan xanlığı Rusiyanın nəzarətinə keçdikdən sonra regiona köçürülmüş ermənilər bu rəqsi dillərini və mədəniyyətlərini çox yaxşı bildikləri Azərbaycan türklərindən götürüblər. 1828-ci ildə İrəvan xanlığının əhalisinin təxminən 5 faizi erməni olub və ermənilər bir neçə mərhələdə köçürüldüyünə görə, hətta 1988-ci ildə belə ermənilərin əksəriyyəti avtoxton əhalinin dilini - Azərbaycan dilini bilirdi. Ermənilər “Köçəri” rəqsinin adının türkcə olduğunu da etiraf edirlər, amma bunun türk sözü olan “qoç” sözündən yarandığını iddia edirlər, yəni qoç ərlərin rəqsi. Ermənilərlə yanaşı 1828-ci ildən sonra Qərbi Azərbaycana köçmüş yəzidi kürdləri də “Köçəri”ni öz milli rəqsləri sayırlar.
Diaspora