Aqil Abbasdan deputatlara ÇAĞIRIŞ: "Hər deputat öz kəndində bir kitabxana tikdirsin”

Aqil Abbasdan deputatlara ÇAĞIRIŞ: "Hər deputat öz kəndində bir kitabxana tikdirsin” backend

Milli Məclisin deputatı Aqil Abbas Milli Məclisin iclasında ölkədə kitabxanaların vəziyyətindən gileylənib.

Modern.az-ın məlumatına görə, deputat bəzi rayonlarda qəşəng elektron kitabxanalar tikildiyini bildirib. Bununla belə qeyd edib ki, oranı işlədən yoxdur.

"Ağızları qıfıllıdır. Kitab qız kimi sevilməlidir. Kitab sinə üstündə yatmalıdır. Amma rayonlarda bir dənə kitab mağazası yoxdur. Hamısı ləğv olunub, yerində ət kəsib satırlar".

A.Abbas deputat həmkarlarını kitabxana tikməyə də çağırıb: "Hər deputat öz kəndində bir kitabxana tikdirsin. Tək deputatlar yox, imkanlı şəxslər də kitabxana tikdirsinlər. Gedib hərəsi bir məscid tikdirir. Bir dənə də kitabxana tikdirin də".
Diaspora