Tanınmış aktyor, xalq artisti Valeh Kərimov işsizlikdən gileylənib.
Mia.az xəbər verir ki, sənətkar "ölkə.az"-ın əməkdaşıyla söhbətində bildirib ki, həm teatrdan, həm də dərs keçdiyi universitetdən təqaüdə göndərilib:"Hazırda evdə otrmuşam, pensiya işinə baxıram. Arabir vaxt olanda divarlara da baxıram. Məni həm Sumqayıt teatrından, həm də Mədəniyyət və İncəsənət Universitetindən təqaüdə göndərdilər. İşsizəm, çox darıxıram. İşsiz çox çətindir. Amma nə edək? Dözmək lazımdır. Filmlərə də çəkilmirəm".
Qeyd edək ki, V.Kərimov uzun müddət Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Aktyorun bir neçə filmə də çəkilib. "Bəxt üzüyü" filmindəki Moşu obrazı aktyoru geniş tamaşaçı kütləsinə tanıdıb.